Ukraynadakı işğal səbəbindən Qərbin və ABŞ-ın sərt sanksiyalarıyla üzləşən Rusiya əsas məhsullarını xarici bazara çıxarmaqda çətinlik çəksə də, gizli yollarla öz istəyinə nail olmağı bacarır. Məsələn, almaz satışıyla bağlı sanksiyalara məruz qalan Moskva müxtəlif yollarla qiymətli daşların satışından hər ay yüz milyonlarla dollar gəlir əldə edir.
Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Qərbin məhdudiyyətlərindən yan keçmək üçün Hindistan banklarından istifadə edir. Rusiyanın mədən nəhəngi olan “Alrosa”-nın ixracı demək olar ki, müharibədən əvvəlki səviyyədədir. “Alrosa” almazları Hindistan və Avropadakı alıcılara ilk növbədə rupi müqabilində satılır.
Nəşrin məlumatına görə, Rusiya şirkəti hər ay 250 milyon dollardan çox almaz satır ki, bu da müharibədən əvvəlki satışla müqayisədə cəmi 20-30 faiz azdır.
Qeyd edək ki, martın 11-də ABŞ Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyub, həmçinin işğalçı ölkədən brilyant, spirt və dəniz məhsulları idxalından imtina edib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































