Ermənistan Baş naziri Nikol Paşinyan doğum günündə ermənilərin katalikosu II Qaregini təbrik etməyib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri katalikos və baş nazir arasındakı gərginliyə diqqət çəkib:
“Nikol Paşinyanla Ermənistanın Apostol Kilsəsi arasında əlaqə müharibədən sonra geridönməz şəkildə pozulub. Əslində, Paşinyan dövlət institutlarının dəyərinə və onların roluna özünün şəxsi prizmasından baxır.
Bu il də o, katolikos II Qaregini avqustun 21-də qeyd olunan ad günü münasibəti ilə təbrik etməyib. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra üç il ardıcıl olaraq onu təbrik edib.
Müharibədən sonra katolikos hakimiyyəti açıq şəkildə tənqid etdikdən sonra Paşinyanla münasibətlər pozulub. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan mediaya katolikosun fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































