Rusiyaya qanlı terror aktları seriyası barədə xəbərdarlıq edilib: "Duqina bu sırada birincidir"

Rusiyaya qanlı terror aktları seriyası barədə xəbərdarlıq edilib: "Duqina bu sırada birincidir"

"Bunlar Rusiya Federasiyasında səfərbərlik etmək üçün lazımdır"

"Duqinanın ölümündə FTX-nın təşkil etdiyi terror aktı ilə yanaşı, kriminal çəkişmə və Duqinin "Avrasiya" ideologiyası üçün qurban verilmə versiyaları da nəzərdən keçirilir"

Rusiyanın xüsusi xidmət orqanları öz ölkəsinin ərazisində terror aktları hazırlayır.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov özünün "Twitter" səhifəsində yazıb.

"FTX tərəfindən Rusiyanın şəhərlərində mülki əhali arasında kütləvi qurbanlara gətirəcək terror aktları seriyasının təşkili gözlənilir. Duqina bu sırada birincidir", - o, belə yazıb.

Onun fikrinə görə, bu, Rusiya Federasiyasında səfərbərlik etmək üçün lazımdır.

Danilov bəyan edib ki, Ukrayna hərbçiləri və ya güc strukturlarının "Putinin ideoloqu" Aleksandr Duqinin qızının qətlində əli olmayıb, çünki "Ukrayna, Rusiyadan fərqli olaraq, dinc əhali ilə döyüşmür".

Xatırladaq ki, Rusiyada "Putinin beyni"nin qızı olduğu maşın partladılıb və bu hadisədə Ukraynanın "komediya kumiri" ittiham edilib.

Bundan öncə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bəyan edib ki, Aleksandr Duqin ukraynalılar üçün əlamətdar fiqur olmayıb,

Duqin və ya qızının qətli Ukraynanın xüsusi xidmət orqanlarının planlarına daxil edilməyib.

Qeyd edək ki, FTX-nın hazırladığı terror aktı versiyasından başqa, Duqinanın ölümü həm kriminal çəkilmə, həm də Alekdandr Duqinin "Avrasiya" ideologiyası üçün qurban verilmə versiyaları nəzərdən keçirilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az