“İlya Ponomaryov dostumdur... İndi Putin ordusuna qarşı iki rus batalyonu döyüşür..."

“İlya Ponomaryov dostumdur... İndi Putin ordusuna qarşı iki rus batalyonu döyüşür..."

"Ukrayna terror dövləti deyil. O, Rusiyanın mərkəzində Moskvada belə bir terakt həyata keçirməyi heç bacarmaz da..."

Rusiyada Kreml təbliğatçıları, o cümlədən son məlumatlara görə, Federal Təhlükəsizlik Xidməti də “rus dünyası”nın, demək olar ki, neofaşist ideoloqu Aleksandr Duqinin qızının avtomobilinin partaladılması nəticəsində baş verən ölümündə Ukrayna dövlətini günahlandırmağa çalışır. Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov isə “Rusiya Milli Respublika Ordusu” adlanan təşkilatın Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. O əlavə edib ki, guya Ukraynada Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu adlı qurum da vuruşur...

Mediainfo.az xəbər verir ki, Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib“Duqinin qızına qarşı terror aktı Putindən sonrakı, post-Putin dövründə Rusiyanın hakimiyyətə can atan siyasi elitalarının nə qədər qəddar olacağının sübutudur. Yəni Ukraynanın bu teraktla heç bir əlaqəsi ola bilməz. Əvvəla, Ukrayna terror dövləti deyil. İkincisi də, heç Ukrayna Rusiyanın mərkəzində, paytaxtında belə bir akt həyata keçirməyi də bacarmaz... Bu gün yeni istintaq nəticələri əldə olunub. Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, Duqinin avtomobili izlənilirmiş. Belə nəticəyə gəlinir ki, bu terakt Rusiya xüsusi xidmət orqanlarına bağlı siyasi elitanın daxilindəki ziddiyyət və qarşıdurmaların nəticəsidir. Bu, doğrudan da belədir. Çünki Aleksandr Duqin siyasi-ideoloji baxımdan toksik zəhərli bir adamdır. Və o, Putindən sonrakı dövrdə müəyyən elit siyasi dairələrin işlərini korlaya bilər. Çox güman ki, ölüm əməliyyatı onun özü üçün nəzərdə tutulubmuş, sadəcə, o, son anda avtomobilini dəyişib...

Mənim şəxsi baxışım belədir. Bu Ukrayna dövlətinin yanaşmasıyla da üst-üstə düşür”.

“Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryovun guya Ukraynada Putin ordusuna qarşı “Rusiya Könüllü Korpusu” və “Azad Rusiya Legionu” adlı qurumların vuruşması haqqında dedikləri doğrudurmu?” sualını isə hərbi ekspert belə cavablandırıb:

“İlya Ponomaryov mənim də dostumdur. Bəli, onun dedikləri doğrudur. Ukraynada Putin Rusiyasına qarşı döyüşən Rusiya hərbi birləşmələri doğrudan da var. Və onlar artıq aprel ayından bəri döyüşürlər. Bu haqda mənim yazılarım da olub. Bu saat artıq Putin ordusuna qarşı iki rus batalyonu döyüşür. Onu da deyim ki, həmin batalyonlarda döyüşən rus hərbçilərin bir qismi müharibə vaxtı, o cümlədən 2014-cü ildən bəriki Donbas savaşı zamanı könüllü olaraq Ukrayna tərəfinə keçənlərdir. Eyni zamanda əsir düşənlər də var ki, Rusiya hakimiyyəti tərəfindən aldadıldıqlarını sonradan dərk ediblər. Hətta Rusiya “FSB”-sindən hələ indiki müharibədən öncə Ukrayna tərəfə keçənlər də var”.

“Rusiyaya qarşı döyüşən rusların çoxu heç Ukraynada da doğulan ruslar deyil. Onlar özlərini rus mənşəli hesab edirlər. Həmin rus hərbçilər, o cümlədən İlya Ponamaryov da hesab edirlər ki, hazırkı Putin iqtidarı öz siyasəti ilə slavyan xalqlarını bir-birinə düşmən etməklə, eyni zamanda ruslara qarşı bütün dünyada, xüsusən Rusiyanın keçmiş müstəmləkələri olan ölkələr arasında nifrət yaratmaqla tamamilə yanlış bir siyasət aparır”- deyə Elxan Nuriyev vurğulayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az