Ötən gün Zəngəzurda dəhşətli qəza baş verib.
Mediainfo.az xəbər verir ki, saat 01:30 radələrində Ararat rayon sakini, 29 yaşlı Fəhrad Akopyan idarə etdiyi “Opel Astra” markalı avtomobili Qafan şəhərində hələ dəqiqləşdirilməmiş şəraitdə idarə edərkən qarşıdan gələn zolağa çıxaraq beton maneəyə sonra ağaca çırpılıb.
Qəza nəticəsində Akopyan və onun 37 yaşlı sərnişini, həmçinin Ararat rayon sakini Suren Pirumyan Qafan tibb mərkəzinə yerləşdirilib, digər sərnişin 28 yaşlı Ararat rayon sakini Razmik Akopyan isə hadisə yerində ölüb.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, bu gün saat 07:40-da Qafan polis şöbəsinə tibb mərkəzindən məlumat verilib ki, sərnişinlərdən Suren Pirumyan dünyasını dəyişib.
Şamşyanın sözlərinə görə, sürücü və qəzada həlak olanlar Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət ediblər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































