Rusiyanın "G20"-də iştiraka mənəvi haqqı yoxdur.
Mediainfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
Trass hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə görə İndoneziyadakı sammitdə iştirak etməməlidir.
“Biz İndoneziyanın G20-nin iclaslarında Rusiya ilə müharibənin nəticələrinin nəzərə alınmasını təmin etmək üçün göstərdiyi səyləri, həmçinin G20 liderlərinin sammitində Ukraynanın Prezidentİ Volodimir Zelenski tərəfindən təmsil oluna biləcəyinə dair işarələri alqışlayırıq”, - bəyanatda deyilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin İndoneziyanın noyabrın 15-16-da Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, o sammitdə iştirak edəcək və Putinlə görüşə hazırdır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































