“Rusiya hakimiyyəti özünü qorumaq üçün Krımdan Ukraynanın xeyrinə imtina edə bilər”.
Mediainfo.az xəbər verir ki, bunu ukraynalı politoloq Makim Rozumnı deyib.
“Əlbəttə Krım Putin üçün çox önəmlidir. O, legitimliyini Krımın ilhaqı üzərində qurub. 2018-ci il prezident seçkilərindən sonra bu legitimlik Krımla çox bağlıdır. Putin ondan imtina etmək və onu qurban vermək istəmir”, - ekspert bildirib.
Politoloqun fikrincə, bütün bunlar yalnız müvəqqəti xarakter daşıyır. Rozumnı əlavə edib ki, Rusiya hakimiyyətinin əks-təbliğatı rusların Krıma qarşı “vətənpərvərlik hissləri”ni aradan qaldıra bilər.
“Əgər hakimiyyəti qorumaq lazımdırsa, o zaman Rusiya televiziyası deyəcək ki, Krımın olması çox da arzuolunan deyildi, daha ali maraqlar var. Rusiya cəmiyyətinin vətənpərvərlik hissləri idarəolunandır. Dirijor Kremldədir”, - politoloq bildirib.
O qeyd edib ki, nöqteyi-nəzəri və rəyi əksinə dəyişmək çox da çətin olmayacaq:
“Bundan əlavə, indi bir səssiz çoxluq var ki, o, Ukraynaya hücuma, hətta Krımla bağlı tarixə şübhə ilə yanaşır. Əks tərəfdə - vətənpərvər mövqedə dayanmış daha bir səssiz kütlə var ki, o dözür və inanır. Putin isə hər şeyi 180 dərəcə dəyişə bilər”.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































