İranda Azərbaycan Respublikasının dövlət müstəqilliyinə birmənalı münasibət heç bir zaman mövcud olmayıb. Azərbaycanın dövlət müstəqilliyinə təhlükə kimi baxan İranın rəsmi dairələri onu XX əsrin 90-ci illərində tanımaqda “çətinlik çəkirdilər”. Bir çox dünya dövlətlərinin Azərbaycanın dövlət müstəqilliyini artıq tanımalarına baxmayaraq, İran hələ də tərəddüd edirdi.
Mediainfo.az xəbər verir ki, bu barədə alim Zaur Əliyev Feysbuk səhifəsində qeyd edib.
Alim "İzvestiya" qəzetinin 27 noyabr 1991-ci il tarixli sayından İranın xarici işlər naziri Əli Əkbər Vilayətinin açıqlamasını da fakt olaraq paylaşıb:
“Əli Əkbər Vilayəti demişdi: “Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir".
Sonrakı danışıqlarda da İran belə iddialarından əl çəkmir, cənub qonşumuzun 1990-1991-ci illərdəki siyasəti də mahiyyətcə 1918-1920-ci illərdəkindən fərqlənmirdi. Lakin nə 20-ci illərdə, nə də 90-cı illərdə İran öz istəyinə çata bildi və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımağa məcbur oldu”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































