"Hər gün Ukraynada təxminən 500 Rusiya hərbçisi ölür və ya yaralanır".
Mediainfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ kəşfiyyat məlumatlarına əsasən yazıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramları üzrə direktoru Set Consun sözlərinə görə, belə ağır itkilər Rusiya ordusunu xeyli yorur və döyüş meydanında hücumun effektivliyini aşağı salır: “Rusiya ordusu tükənib. Bu, onun Ukraynadakı fəaliyyətinə təsir edir. Rusiya hətta Donetskdə tam nəzarəti təmin edə biləcək gücdə deyil”.
Makkeyn İnstitutunun direktoru Evelin Farkas bildirib ki, Rusiya hakimiyyəti öz ordusu üçün əlavə insan resursları cəlb etməkdə çətinlik çəkir: “Rusiya kütləvi səfərbərlik həyata keçirməsə, uduzacaq”.
NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, istefada olan general Filip Bridlavın düşünür ki, Rusiyanın itkiləri kifayət qədərdir: “Vəziyyət o həddə çatıb ki, Rsuiya hətta əsir düşmüş ukraynalıları öz tərəfindən döyüşməyə məcbur etməyə çalışır. Rusiyanın insan resursu ilə bağlı ciddi problemi var".
Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, indiyədək bu ölkədə Rusiyanın 43 200 hərbçisi məhv edilib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































