Ukrayna prezidenti Zelenski aylardır davam edən müharibənin hansı şəraitdə bitəcəyini açıqlayıb.
Mediainfo.az Savaşın Krımda başladığını vurğulayan Zelenski “müharibə Krımın azad edilməsi ilə də bitməlidir”, deyə söyləyib. Ukrayna lideri bu fikirləri Krımda Rusiya bazasında bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı partlayışlardan sonra verdiyi açıqlamada deyib.
Lakin çıxışında partlayışlardan bəhs etməyən Zelenski fikirlərini bu cür ifadə edib: “Krım Ukraynaya məxsusdur. Biz heç vaxt oradan əl çəkməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb”.
Ölkə rəhbəri bundan əvvəl də bu mövzuda fərqli açıqlamalar verib. O, Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24-dən əvvəlki mövqelərinə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirsə də, Krımın Ukraynaya qaytarılmasını sülh şərtləri arasında sadalamayıb.
Xatırladaq ki, sülh razılaşmasının əldə olunması üçün Rusiyanın şərtləri sırasında Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olması, Rusiyanın Krım üzərində suverenliyinin, Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınması yer alır. /Sfera.az/
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































