“Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib”.
Mediainfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko “RBK-Ukraina”ya müsahibəsində deyib.
“Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil”, - o bildirib.
Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: “Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq".
Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































