Ukraynanın dinc şəhərlərini hər gün atəşə tutmasına baxmayaraq, Rusiya ordusunun strategiyası və missiyası dəyişib.
Mediainfo.az xəbər verir ki, bunu rusiyalı jurnalist Andrey Piontkovski deyib
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinin müharibə planı uğursuzluğa düçar olub:
“Putinin iki ilkin tapşırığı olan “Kiyevi üç günə ələ keçirmək” və “Ukraynanı darmadağın etmək” planları genişmiqyaslı müharibənin ilk günlərində iflasa uğrayıb. İndi ən pessimist proqnozlar münaqişənin “dondurulması” ehtimalına qədər azaldılır. Putinin ideyası və bütün dünyaya verdiyi ultimatumları, nüvə silahı təhdidləri, “Baltikyanı ölkələr və Varşavaya qədər getmək” planları indi gülünc görünür”.
Ekspertin fikrincə, Putin Avdeyevkanı ələ keçirmək üçün Zaporoje AES-i partlatmaqla hədələyir və çarəsizlik içində barışıq üçün bəhanə axtarır. Piontovskinin qənaətinə görə, Rusiya artıq Slavyansk və Kramatorski işğal etmək hədəfindən əl çəkib, öz resurslarını cənubda cəmləşdirib.
“Putinin müharibə strategiyası və hədəfləri dəyişib. Ukrayna artıq böyük strateji qələbə qazanıb. O, salamat qaldı”, - jurnalist bildirib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































