Fevralın 24-dən bu yana onlarla rus polkovniki və generalını qətlə yetirən ukraynalılar ilk dəfə bir qəddar faşist qadın komandiri sıradan çıxarıblar.
Mediainfo.az xəbər verir ki, ukraynalıları qətlə yetirməkdən həzz almaqla öyünən və xüsusilə mülki insanları hədəfə alması ilə tanınan qatil faşist qadın polkovnik Olqa Kaçura atılan raketlə vurulub.
“Korsa” ləqəbli 52 yaşlı faşist qadın komandir avtomobili ilə Horlivkada səyahət edərkən ona doğru raketin hərəkət etdiyindən xəbərsiz olub. Avtomobili partladılan “Korsa”nın ölümü həm Kremli, həm də Donetsk Xalq Respublikasını şoka salıb. Rusiya mətbuatı Olqa Kaçuraya ölümündən sonra “Rusiya Qəhrəmanı” və “Donetsk Xalq Respublikasının Qəhrəmanı” titullarının verildiyini açıqlayıb.
“Russia Today”in baş redaktoru Marqarita Simonyan “Əfsanəvi Korsa Horlivka da öldü. Rəis (Putin) “Korsa”ya Rusiya Qəhrəmanı titulunu verdi” mesajını paylaşıb. Məlumata görə, “Xanım ölüm” kimi də tanınan Kaçura 2014-cü ildə Moskvanın dəstəklədiyi rusiyayönlü separatçıların üsyanından əvvəl Horlivka polis idarəsində zabit olub. İşğaldan iki gün əvvəl Putin tərəfindən rəsmən tanınan Donetsk Xalq Respublikası Olqa Kaçura polkovnik rütbəsi verib. Qadın əsgər Kremlin media kanallarında ukraynalıları öldürməkdən həzz aldığını bildirib.
Qeyd edək ki, iki uşaq anası faşist Olqa Kaçura bu günə qədər Ukrayna tərəfindən öldürülən 97-ci hərbçidir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































