“Xəyanətkarlıq nəticəsində “Artsax”ın tam tərksilah olunması prosesi gedir. Laçın dəhlizi vasitəsilə Ermənistanla quru əlaqəsi kəsilir və bütün bunların nəticəsində “Artsax” ermənilərsiz qalacaq”.
Bu barədə “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan fikir səsləndirib:
“Noyabrın 9-dan bu təhlükələrdən danışırıq. Bunlar (Paşinyan hakimiyyəti – red) hakimiyyətdə qalsa, hər gün yeni itkilərimiz olacaq. Təkrar edirəm, Nikolla iki yol var: ya yeni müharibə, ya da yeni kapitulyasiya” – Saqatelyan vurğulayıb.
“Vəziyyətdən yeganə çıxış yolu bu səlahiyyətliləri aradan qaldırmaqdır. müxalifət haradadır deyə soruşmayın? Müxalifət yerindədir. İstənilən ssenariyə hazır olun”, – erməni deputat fikirlərini tamamlayıb.Konkret.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































