“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
“Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, - o vurğulayıb.
Öz növbəsində Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib ki, belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq”
“Milli ənənələr, dil, mədəniyyət və dinə əsaslanan mədəni-tarixi yaxınlıq, çoxəsirli əlaqələr qədimdən bəri ölkələrimizi bir-birinə bağlayır. Dövlətlərimizin başçılarının müəyyən etdiyi siyasi iradə və kurs sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bu gün əməkdaşlıq tarixində ən yüksək səviyyədədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin martında rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri strateji tərəfdaşlığımızın yeni mərhələsini açıb, bütün sahələrdə ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə təkan verib”, - o vurğulayıb.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































