"Gəlinin toyda "Ləzginka" oynaması mütrüflükdür".
Mediainfo.az xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilova report-a müsahibəsində deyib.
Onun sözlərinə görə, gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar:
"Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər, Roza xanım, bizə rəqs öyrədin. Deyirəm, ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdür. Ayıbdır. Gəlin utanar.
İndi "Ləzginka" oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər "Uzundərə", "İnnabı", "Naz-naz" oynasın. Yoxsa "Ləzginka", atdanıb düşmək, belə şeyə normal baxmaq olmaz".
PS Hörmətli Roza xanım indiki gəlinlər açıq-saçıq geyimdə toyda nəinki "Ləzginka" (Qaytağı), hətta Qərbin ultra müasir açıq-saçıq rəqslərini oynayırlar, həm də bəyin "yaxın dostları"nın əhatəsində. Bilmirsən ki, gəlinin həqiqi nişanlısı bəydir, yoxsa onu ortaya salıb ehtiraslı baxışlar altında meymun kimi oynadan "dostları"...
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































