Olenivka faciəsindən – ruslar ukraynalı əsirlərin saxlanıldığı koloniyada artilleriya atəşi ilə 53 nəfəri öldürüb, 75 nəfəri yaraladıqdan sonra Kreml təbliğatçıları və rəsmiləri səfsəfə və absurd iddiaları ilə mükəmməl həyasızlıq nümunəsi göstərdilər.
Mediainfo.az xəbər verir ki, ruslar inandırmağa çalışdılar ki, ukraynalılar ukraynalıları bombalayıb. Amma elə “dəqiq” bombalayıblar ki, Olenivka həbsxanasında bir rus hərbçi və ya nəzarətçi belə nə ölüb, nə də yaralanıb...
Putin Ukraynada çox cinayətlər törədib, amma beləsini heç Hitler də etməmişdi. Yəni, fürerin belə ağlına gəlməmişdi ki, hansısa konslageri bombalasın.
Putinin nədən belə hikkələndiyi aydındır. Bunkerdən aydın görür ki, ukraynalıların yaxınlaşan əks-hücumu qarşısında rus ordusunun şansı yoxdur. Putinin hərbə ara verilməsinə, atəşkəsə ehtiyaçı var ki, Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı hücumlarını ertələyə bilsin, işğal etdiyi ərazilərdə hansısa qələtlər, oyunlar qursun, referendumlar keçirsin ki, bəlkə bu fonda Kiyevlə və Qərblə sövdələşmək fürsəti yaxalaya bildi. Həm də Kremlin Rusiya əhlinə əllə tutulacaq qələbəyəbənzər nəsə göstərməsi də lazımdır...
Hesab edilir ki, zombiləşmiş rus cəmiyyəti Kreml propaqandasının məhsuludur. Əslində, təbliğat insanları aldatmır, onların yalnız özünü aldatmasına kömək edir. Yəni, yalnız təbliğat beyinləri qaşıyıb bu günə salmayıb, “obyekt”in özü də əvvəldən mental baxımdan buna hazır olub...
Anton Çexovun ruhu şad olsun, böyük yazıçı “Atasızlıq” pyesində “rus ruhunun sirri”ni belə açır: “Əclaf (подлец) olmaq və eyni zamanda bunu dərk etmək istəməmək - rus əclafın (негодяй) qorxunc özəlliyidir!".
Təbii ki, bütün ruslar ucdantutma zombiləşməyib, məsələn, elə Çexovun adını daşıyan Moskva Bədaye Teatrının (MXT) aktyoru Dmitri Nazarov ezop dilinə keçib, təmsilləri ilə Putinin cızdağını çıxarır. Rus estradasının "Машина времени" qrupunun lideri Andrey Makareviç və “DDT” qrupunun lideri, məşhur rok-musiqiçi Yuri Şevçuk kimi simaları da Putinə qarşıdırlar. Həmçinin Kremlin “inoagent” elan etdiyi onlarla siyasətçi, jurnalist, düşüncə insanı və mədəniyyət xadimi də Ukraynadakı müharibəyə etiraz edir.
Amma istisnalar qaydanı pozmur...
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































