Tanınmış hərbi ekspert Ədalət Verdiyev son facebook paylaşımı ilə dəqqəti üzərinə çəkib.
Mediainfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, kaloritli statusları, gündəmə damğa vuran paylaşımları ilə məşhur olan keçmiş hərbçi bu dəfə Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bostanına daş atıb.
Ə.Verdiyev sonuncu facebook statusunda yazıb:
"Roma Papası yeriyə bilmir, istefa verə bilər. Onun yerinə Şeyx həzrətlərini real namizəd olaraq görürəm. Şeyx Papa seçilərsə, mən də şeyxin yerinə seçilməyə çalışacam. Nəzir qutularından gələn bütün gəliri isə veteran və yaralanıb əlil olmayan veteranlar üçün iş yerlərinin açılmasına yönəldəcəyimə söz verirəm.
Razılaşdıq, ya Şeyx? Bu yaralananlara hərdən salam vermək, onlarla maraqlanmaq Sizin də borcunuzdur. Dinimiz də belə tələb edir. Səhvim varsa ya Şeyx, deyin mütləq düzəldim".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































