Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahil hissəsini, o cümlədən vilayət mərkəzini azad etmək şansı yüksəkdir.
Mediainfo.az xəbər verir ki, bu sözləri Ukrayna mediasına müsahibəsində beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.
"Nə üçün Donetsk vilayətində hücumun rus qoşunları üçün asan olacağına inanılır? Mən bunu görmürəm. Burada kifayət qədər möhkəmləndirilmiş istehkam var. Həmçinin, Slavyansk-Kramatorsk-Baxmut xətti boyunca mövqelər. Rusiya ordusu bu şəhərləri ala biləcək, lakin bu proses bir ayın məsələsi deyil”, - Fedorov bildirib.
Ekspertin fikrincə, Donetsk vilayətinə hücum zamanı Rusiyanın logistika və əvvəlki kimi mərmi tədarükünü təmin edib artilleriya zərbələri endirməsi çətindir:
"Ümumiyyətlə, hərbi əməliyyatların mənzərəsi belədir ki, Xarkov vilayətində indiki mövqe müharibəsi 2-3 ay davam edə bilər. Ümid edirəm ki, Rusiya qoşunlarının Donetsk vilayətində hücumu çox ləng olacaq"
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































