Vısokopolye həlqəsi: Rusiya desantçıları Xerson yaxınlığında tam mühasirəyə düşərək "yaşıl dəhliz" xahiş edir...
"Necə düşünürsünüz, onlara "yaşıl dəhliz" verək, yoxsa Zelenopolyeni yada salaq?.."
"Rusiya dinc şəhərləri atəşə tutmaqda davam edir, bu gün səhər Xarkov və Nikolayevdə partlayış səsləri eşidilib..."
Rusiyanın üç taktiki tabor qrupu Xerson yaxınlığındakı Vısokopolye qəsəbəsi rayonunda tam mühasirəyə düşüb.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbələrin məlumatlarına istinadən "İnsayder" nəşri yazıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, tam mühasirəyə düşən hərbçilərin sayı mindən çox ola bilər.
Ukraynanın hərbi-siyasi araşdırmalar Mərkəzinin eksperti, "İS" qrupunun koordinatoru Konstantin Maşovetsin məlumatına görə, qrup 11-ci qvardiya desant-hücum briqadasının desantçılarından, habelə aralarında xüsusi təyinatlıların olduğu 250-ci əlahiddə motoatıcı briqadanın müəyyən sayda hərbi qulluqçularından ibarətdir.
Mühasirəyə düşən hərbi hissə komandirləri "yaşıl dəhliz" xahiş edir.
"Daha doğrusu, sadəcə, xahiş etmir, bunu ilk dəfə deyil ki, edirlər.
Necə düşünürsünüz, onlara Vısokopolye yaxınlığında "yaşıl dəhliz" verək, yoxsa Zelenopolyeni yada salaq? - bunu "İnformasiya müqaviməti" qrupunun icmalçısı Aleksandr Kovalenko özünün " Facebook" səhifəsində yazıb.
Lakin Maşovets yazıb ki, ciddi desək, rusiyalı hərbçilər "həlqəyə" düşməyib, hər üç tərəfdən mühasirəyə düşüb. Dördüncü tərəfdən Ukrayna Silahlı Qüvvələri rusiyalıların Vısokopolyedən cənuba doğru əllərində saxladıqları zolağı atəşə tutur, bu da rusiyalı hərbçilərin təchizatını çətinləşdirir.
Bütövlükdə, cənub istiqamətdə rusiyalılar Ukrayna Silahlı Qüvvələrinin əkshücumlarının qarşısını almağa köklənib və cəbhə xəttini atəşə tutmaqda davam edir, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən "УНИАН" agentliyi yazıb.
Şimalda Rusiya qoşunları ukraynalı hərçilərin qarşısını alır və artilleriyanın köməyilə onların dövlət sərhəddinə çıxışına imkan vermir.
Şərqdə vəziyyət dəyişməyib. Rusiya dinc şəhərləri atəşə tutmaqda davam edir. Bu gün səhər Xarkov və Nikolayevdə partlayış səsləri eşidilib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































