"ABŞ üçün Putin Hitlerdən daha təhlükəlidir..."

"ABŞ üçün Putin Hitlerdən daha təhlükəlidir..."

"Putinə iqtisadi stimullarla nəzarət etmək cəhdi özünü doğrultmayıb..."

"Rusiya elitasının offşorlardakı bütün aktivlərini aşkarlamaq gərəkdir, amma bunun üçün siyasi iradə lazımdır..."

"Panama arxivi"ni sızdıran məlumatlı şəxs Rusiyanın müharibə üçün pulları haradan əldə etdiyini açıqlayıb

2016-cı ildə jurnalistlərə "Panama arxivi"nin materiallarını ötürən məlumatlı şəxs son altı ildə ilk dəfə olaraq müsahibə verib. Onun sözlərinə görə, Avropa üçün Putin 4-5 Hitlerdən daha təhlükəlidir: O dəhşətli soyqırımları ilə Hitlerin atasına rəhmət oxutdurur.

Mediainfo.az xəbər verir ki, o, korrupsiya və mütəşəkkil cinayətkarlığın tədqiqatı üzrə Mərkəzin araşdırmaçılarına offşorlarda gizlədilən pulların Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə döyüşməyə kömək etdiyindən danışıb.

"Putin Avropa, o cümlədən ABŞ üçün Putin 4-5 Hitlerdən daha böyük təhlükədir: O dəhşətli soyqırımları ilə Hitlerin atasına rəhmət oxutdurur. Saxta şirkətlər isə onun ən yaxşı dostlarıdır. Ukraynada günahsız mülki şəxsləri qətlə yetirən məhz Rusiya ordusunu maliyyələşdirən saxta şirkətlərdir - məlumatlı şəxs bəyan edib.

Onun fikrinə görə, Qərb dünyası uzun zaman hesab edib ki, Putinə iqtisadi stimulların köməyilə nəzarət etmək mümkündür, lakin, aydındır ki, bu metod özünü doğrultmayıb.

İnformator hesab edir ki, Rusiya elitasının offşorlardakı bütün aktivlərini izləyib aşkarlamaq gərəkdir, amma bunun üçün "siyasi iradə" lazımdır.

"Siyasətşilər hərəkətə keçməlidir. Bizə Britaniyanın Virciniya adalarından Angilyanın Seyşel adalarınadək bütün yurisdiksiyalarda ümumi çıxışı olan reyestrlər lazımdır. Özü də indi, bu saat", - informator deyib.

O, həmçinin vurğulayıb ki, violonçelist Sergey Rolduqinə qarşı sanksiyalardan məmnundur, onun adı "Panama arxivi"ndə hallanıb və jurnalistlər onu Putinin özünün aktivlərinin saxlancı adlandırıb.

Xatırladaq ki, "Panama arxivi" 2016-cı ildə dərc edilib. 12 fəaliyyətdə olan və sabiq dövlət başçıları, yüzlərlə siyasətçi, tanınmış adamlar və ictimai xadimlərin "Mossak Fonseca" az tanınan offşor firması ilə əlaqədə olduğu aşkar edilib.

Bu materialın üzə çıxması bəzi ölkələrin hökumət üzvlərinin istefasına səbəb olub, habelə dünya üzrə 1, 3 milyard dollardan artıq vergi ödənişlərini geri qaytarmağa imkan verib.

"Vikiliks" beynəlxalq qeyri-kommersiya təşkilatının məlumatlarına görə, "Panama sənədləri"nin sızmasının arxasında Corc Soros və ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi dayanır, materialın dərc edilməsinin məqsədlərindən biri isə Rusiya prezidentinə hücum etmək olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az