Prezident İlham Əliyevin ilin ilk yarısı ilə bağlı keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər revanşist, riyakar Ermənistan cəmiyyətinə və hakimiyyətinə edilən son xəbərdarlıq idi. Eyni zamanda rus sülhməramlı qüvvələrinin adının da vurğulanması xüsusi ilə qeyd edilməlidir. Çünki sülhməramlılar 10 noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq Qarabağda qalan erməni silahlılarının çıxarılmasını təmin etməli idi. Amma bunun əksinə olaraq sülhməramlılar bu gün orada qalmaqda olan separatçıların himayəçisi kimi çıxış edir. Ona görə də Prezident İlham Əliyevin son açıqlamaları Ermənistanda və Rusiyada ciddi qəbul edilir.
Mediainfo.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-a açıqlamasında deyib.

Onun fikrincə, hər kəsə bəllidir ki, Prezident İlham Əliyev hər zaman dediyi sözün arxasında dayanan qətiyyətli bir dövlət başçısıdır:
“Məhz dövlət başçısının açıqlamasından sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibinin açıqlaması da birmənalı olaraq qəbul edilən və başa düşülən deyil. Hər halda erməni tərəfi sentyabr ayına qədər Qarabağdan onlara aid silahlıların çıxarılmasını həyata keçirəcəklərini açıqlayıb. Bu vaxtı da gözləmək olar. Əgər sentyabra qədər Ermənistan həqiqətən də oradakı silahlı qüvvələrinin qalıqlarını çıxarmayacaqsa, Azərbaycan öz imkanlarından və hüququndan istifadə edib antiterror əməliyyatları icra edəcək. Buna qətiyyən şübhə ola bilməz”.
Millət vəkili hesab edir ki, rus sülhməramlılar da bundan nəticə çıxarmalıdır:
“Eyni Rusiya da Azərbaycanla olan məsələlərə diqqətlə yanaşmalıdır. İsti dənizlərə yeganə çıxış yolu olan Azərbaycanla Rusiya hakimiyyəti beynəlxalq hüquqa və götürülən öhdəliklərə uyğun davranmalıdır. Amma istənilən halda sentyabra qədər Qarabağda hələ də qalmaqda olan erməni silahlıları çıxarılmayacaqsa, Azərbaycanın Komando Qüvvələri bu məsələni həll edəcək”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































