Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də-doğum günündə Ukraynaya qarşı müharibədə qələbəni elan edə bilər.
Mediainfo.az xəbər verir ki, bunu rusiyalı müxalifət lideri Qarri Kasparov deyib. Kasparov qeyd edib ki, belə adamlar yubileyləri və hər cür görkəmli tarixləri sevirlər və Putin oktyabrın 7-də 70 illik yubileyini qeyd edəcək.
“Mən əminəm ki, oktyabrın 7-də Putinin yubileyi günü qələbə elan olunması gözlənilir”, - Kasparov deyib.
Kasparovun fikrincə, yaxın bir neçə həftə həlledici olacaq və Xersonun azad edilməsi müharibənin dönüş nöqtəsi ola bilər.
O qeyd edib ki, Ukraynanın son bir neçə gündə əldə etdiyi uğurlar Rusiya Federasiyasının hücumunu ləngidib və çaxnaşma yaradıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































