Rusiya xüsusi zərbə raketlərinin çatışmazlığı səbəbindən yerdən hücum rejimində zenit-raket komplekslərinin istifadəsini artırıb.
Mediainfo.az xəbər verir k ki, bu haqda Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik icmalında deyilir.
Bildirilir ki, Rusiya işğalın əvvəlindən Ukraynanın yaxınlığında təyyarələri və raketləri uzaq məsafədən vurmaq üçün nəzərdə tutulmuş S-300 və S-400 strateji hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Bu silahlar təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş nisbətən kiçik döyüş başlıqlarına malikdir. Onlar açıq və yüngül binalarda olan qoşunlar üçün ciddi təhlükə yarada bilər, lakin onların güclü strukturları yarmaq ehtimalı azdır.
Bu silahın hədəfə dəyməyəcəyi və mülki əhali arasında itkilərə səbəb olma ehtimalı da yüksəkdir, çünki raketlər bu rol üçün optimallaşdırılmayıb.
Donbasda Ukrayna qoşunları Rusiyanın Uqlehorskaya İES-ə hücum etmək cəhdlərini dəf etməkdə davam edir. Rusiya artilleriyası Kramatorsk və Seversk şəhərləri ətrafındakı ərazilərdə cəmləşib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































