Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov Moskvada ölü tapılıb.
Mediainfo.az xəbər verir ki. bu barədə REN TV öz mənbəsinə istinadla xəbər yayıb.
Onun sözlərinə görə, zabitin meyiti iyulun 20-də, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərdən birinin girişində tapılıb. Yanında TT tapançası olub.
Məlumata görə, Lobaçovun həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, iyulun 20-də günorta saatlarında gəzintiyə çıxıb və evə qayıtmayıb.
Mənbə dəqiqləşdirib ki, generalın səhhətində problemləri olub, həmçinin maddi sıxıntılar çəkib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.Oxu.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































