"Rusiyanın siyasi impotentləri öz gözlərində tiri görmür, özgəsində isə tük axtarır..."

"Rusiyanın siyasi impotentləri öz gözlərində tiri görmür, özgəsində isə tük axtarır..."

"Rusiya Ukraynadakı məqsədlərinə nail olacaq..."

"Ukraynada sülh Avropada və Ağ evdəki siyasi impotentlərin deyil, yalnız Rusiyanın şərtləri daxilində baş tutacaq..."

"Qərbin Ukraynaya tədarük etdiyi silah cinayətkarların əllərində bütün dünya boyunca yayılacaq..."

"Amerika beynəlxalq terrorçuluğun sponsoruna çevrilib"

"Pulun qoxusu yoxdur", "impotentlər", "çürük xaos"-alkaş təlxəyin yeni opusundan seçmələr..."

Ukraynada "xüsusi hərbi əməliyyat"ın aparılması zamanı qarşıya qoyulan bütün vəzifələrə nail olunacaq və sülh "Ağ evdəki siyasi impotentlərin" deyil, yalnız Rusiyanın şərtləri daxilində baş tutacaq.

Mediainfo.az xəbər verir ki, bu barədə özünün "Telegram-kanal"ında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yazıb.

"Rusiya qarşıya qoyduğu məqsədlərə nail olacaq. Və sülh olacaq. Avropada və okeanın o tayında özlərini itirən siyasi impotentlərin deyil, bizim şərtlərimiz əsasında olacaq", - Medvedev belə yazıb.

Ukraynanı "Malorossiya" adlandıraraq, Medvedev xəbərdarlıq edib ki, Amerikanın Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi silah "bütün dünya boyunca cürbəcür cinayətkarların əllərində yayılacaq". "Daha doğrusu, artıq büsbütün yayılmaqdadır". Özü də bu, ABŞ administrasiyası və xüsusi xidmət orqanlarının "himayəsi altında" baş verir, - Medvedev bəyan edib. Faktiki olaraq Amerika növbəti dəfə beynəlxalq terrorçuluğun sponsoruna çevrilib".

Medvedev ABŞ-ın Əfqanıstandakı missiyasını xatırladaraq, bu missiyanın sonunda amerikalıların on milyardlarla dollar dəyərində hərbi texnikasını atıb getdiklərini vurğulayıb.

"Amerika hərbçilərinin Kabil-Kandaqar korrupsiya eksperimentləri bitsə də, üçüncü ölkələrə silah tədarükü ilə bağlı boz sxemləri hələ bitməyib. Axı, onlar çoxlu "yaşıl əskinaslar" gətirir. Ukraynada çürük xaosa rəğmən, oraya "ölümcül metal" tədarükü saatbasaat həyata keçirilir", - Medvedev belə yazıb və əlavə edib ki, Ukraynada da belə olacaq, ABŞ və Ukraynanın "peşəkar silah oğruları" bu işdən yaxşı qazanc əldə edir.

"Kiyevə nəzarətsiz silah tədarükünün tənqidinə görə hətta Konqresin Ukrayna mənşəli qadın üzvü, bu yaxınlaradək lend-lizə tərəfdar olan Spatrsın da "payını veriblər". Çünki o, ən məhrəm olan, məlum olduğu kimi, nə barıt, nə də meyit qoxusu olan paraya" qəsd edib, - Medvedev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası katibin müavininin növbəti gurultulu bəyanatına sosial şəbəkələrdə artıq münasibət bildirilib.

"Dimon-Medvedev-Freskodan tapmaca: "özünü itirmiş siyasi impotentlər", "nə barıt, nə də meyit qoxusu olan para", "çürük xaos", "oğru qıfı", "aqoniya edən rejim"-bunlar alkaş təlxəyin növbəti opusundan seçmələrdir.

Sual: Dimon hansı ölkəni nəzərdə tutub?

Düşünmək üçün 30 saniyə vaxt verilir.

Amma bir şeyi əminliklə demək olar: Rusiyanın siyasi impotentləri öz gözlərində tiri görmür, özgəsində tük axtarır", - "Solovyov peyini" Telegram- kanalı Medvedevin yazdıqlarını belə şərh edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az