Ötən gün Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə Prezidentlərinin ikili görüşü dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı "The Guardian" yazıb ki, Rusiya və Türkiyə liderlərinin görüşü öncəsi Ərdoğanın dəqiqələrlə Putini gözlətməsi Astana zirvəsinə damğa vurub.
Qəzet yazır ki, Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi mövqeyini möhkəmləndirmək istəyən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla razılaşmayan, eyni zamanda Ukraynanı dəstəklədiyini açıqlayan Ərdoğan Putinlə görüşə çox gec qoşulub. Ərdoğanı gözləyərkən kameralar qarşısında çətin vəziyyətə düşən Putinin qəribə hərəkətlərə yol verdiyi qeyd olunur. Kadrlardan Putinin əlləri və ayaqlarıyla kiçik hərəkətlər etdiyi və üz ifadələrindən narahat olduğu görünür.
"The Guardian" xatırladır ki, 2020-ci ildə Moskvada Ərdoğan və nümayəndə heyətini dəqiqələrlə qapıda saxlayan Putin indi özü eyni vəziyyətlə üzləşib. Belə “ağıl oyunları”nı sevən Putinin keçmişdə Almaniyanın kansleri Angela Merkeli, Fransa Prezidenti Emmanuel Makronu, və Böyük Britaniya kraliçası II Elizabeti dəqiqələrlə gözlətdiyi bildirilir.
Britaniya mediasının xəbərinə görə, Ərdoğan bu yolla Putindən 2020-ci ildə Moskvada baş verənlərin qisasını alıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































