Xəbər verdiymiz kimi, Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə prezidentlərinin ikili görüşü olub.
Mediainfo.az Azpolitika.info-ya istinadən xəbər verir ki, görüş zamanı V. Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: "Sizə Əliyevdən böyük salam gətirmişəm".
Putin bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun bu fikirləri söyləməsinin arxasında hansısa məkrli niyyətin dayandığı şübhə doğurmur. Əks halda bir-birinə qardaş deyən iki dövlət başçısının birindən digərinə salamı bir rus prezident niyə gətirməlidir?
Bu ifadələrlə Putin nə demək istəyib?

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün "facebook"dakı hesabında bunu "Putinin təxribatı" adlandırıb: "Tehranda Türkiyə Prezidenti Ərdoğanla görüş zamanı Rusiya Prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə Prezidentinə “Sizə ondan böyük salam var” deyib.
Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə.., bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir.’
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































