Azərbaycanda bu məkanlara maskasız giriş qadağan edildi - Sərtləşdirmə başlayır?

Azərbaycanda bu məkanlara maskasız giriş qadağan edildi - Sərtləşdirmə başlayır?

Bu gündən məhkəmələrə giriş zamanı tibbi maskadan istifadə tələb olunur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Oxu.Az məlumat yayıb. Məlumatda deyilir ki, maska tələbinə səbəb son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etməsidir.

Belə ki, bu gündən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin işçilərinə, eləcə də məhkəmə binasına daxil olan şəxslərin tibbi maskadan istifadə etməsi tapşırılıb. Binaya maskasız daxil olmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.

Məlumatda qeyd edilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur: “Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu tövsiyələrə uyğun olaraq, eyni zamanda məhkəmə iclas zallarında sıxlıqla əlaqədar tibbi maskalardan istifadə etməyi məhkəmə istifadəçilərinə tövsiyə edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə artıq bu gündən bütün məhkəmə istifadəçiləri üçün maskadan istifadə məcburidir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az