"Kremlin gerçəkləşməyən planları naminə uçuruma sıçrayış rejimin iflasına gətirəcək..."
"Rusiyanın iqtisadi dayanıqlığı və möhkəmliyi Qərb analitiklərinin gözlədiklərindən xeyli yüksək olub"
"Putinin qəfləti ölümü Rusiyada siyasi çevrilişə səbəb ola bilər"
"Təhlükəsizlik Şurasının iclasında regionlardakı vəziyyət barədə Putinə FTX və DİN rəhbərlərinin məruzə erməsi faktı çox həyəcanlı siqnaldır"
"Ən gerçək ssenari elitanın parçalanmasıdır, xalq üsyanları az ehtimal edilir..."
Rusiya Federasiyasının iqtisadi dayanıqlığı və möhkəmliyi Qərb analitiklərinin gözlədiyindən xeyli yüksək olub. Ona görə də Putin rejiminin yaxın zamanlarda iflası baş verməyəcək.
Mediainfo.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri, hərbi icmalçı Aleksey Arestoviç "İsrailin ən yaxşı radio"suna müsahibəsində səsləndirib.
Arestoviçin fikrinə görə, Rusiyada "ciddi olaraq nəsə tərpəniş başlananadək" Putin rejimi hələ ilyarım-iki ilə tab gətirəcək. Lakin ukraynalı siyasətçi istisna etmir ki, "Qara qu quşları" nəzəriyyəsinə görə (bu nəzəriyyə əhəmiyyətli nəticələrə gətirib çıxara biləcək çətin proqnozlaşdırılan və nadir hadisələr haqqındadır), ölkədə siyasi çevrilişə Vladimir Putinin qəfləti ölümü səbəb ola bilər.
"Əgər Partruşevin, guya, zəhərlənməsi (artıq bu barədə şayiələr dolaşır) və ya Putinə sui-qəsd olunması barədə (bu barədə də ötəri şayiələr olub) şayiələr doğrudursa, o zaman bunu demək lazımdır: elitalarda böhran küçədən tez baş verir. Ona görə də nəsə baş verəcəksə, belə deyək, yuxarılarda dəyişiklik olacaq", - Arestoviç buna əmin edib və qeyd edib ki, iyulun 15-də Təhlükəsizlik Şurasının iclasında Putinə regionlardakı vəziyyət barədə FTX və DİN rəhbərlərinin məruzə etməsi faktı "çox həyəcanlı siqnaldır".
"Bu faktın özü və federasiya subyektlərinin üzdəniraq milli taborlarının yaradılması barədə əmrin verilməsi göstərir ki, Rusiya hakimiyyəti ilk növbədə küçələrə çıxa bilən və müstəqillik uğrunda mübarizə aparmağı bacaran fəal kəsimi yox etmək istəyir. Yəni onları, sadəcə, Ukraynada məhv etmək istəyir", - Arestoviç deyib.
Müşavirin sözlərinə görə, Rusiyada artıq "müəyyən proseslər" başlanıb, lakin Putin rejimi "göründüyündən daha möhkəmdir".
"Ən gerçək ssenari elitanın parçalanmasıdır. Xalq üsyanları az ehtimal edilir. Hərçənd, regionlarda mərkəzdən narazılıq artır. Gələcəyinin olmaması müasir Rusiyaya son qoyacaq. Hamı anlayır ki, Kremlin gerçəkləşməyən planları naminə uçuruma sıçrayış rejimin iflasına gətirəcək", - Arestoviç sözlərinə yekun vurub.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































