"Patruşevi vaxtında göstərilən tibbi yardım və zəhərləyici maddənin miqdarının çox olmaması xilas edib..."
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin həyatına sui-qəsd cəhdi törədilib.
Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin ən qalmaqallı "General SVR" Telegram-kanalı post paylaşıb.
Bu, "General SVR"-in ona xas olmayan üçgünlük sükutundan sonra ilk postudur.
Kanalın mənbəyi göstərilməyən məlumatına görə, sui-qəsd bir neçə gün bundan öncə baş verib.
"Nikolay Patruşev axşam işdən sonra praktiki olaraq dərhal evə dönəndən sonra özünü pis hiss edib. Mühafizəsi operativ olaraq tibb işçilərindən ibarət briqada çağırıb.
Özlərini yetirən tibb işçiləri müayinədən sonra bəyan edib ki, Patruşev təcili xəstəxanaya yerləşdirlməlidir.
O, Federal Mühafizə Xidməti tərəfindən öz nəqliyyatında tibb işçilərinin müşayiəti ilə prezidentə xidmət edən tibbi hissəyə çatdırılıb. Yardım göstərildikdən sonra Patruşev sabit vəziyyətdə evə çatdırılıb. Aparılan analizlər göstərib ki, zəhərləyici maddə sintetik zəhər olub.
Patruşev vaxtında göstərilən tibbi yardım və ehtimal ki, orqanizmə dəri vasitəsilə daxil olan zəhərləyici maddənin miqdarının kifayət qədər yüksək olmaması səbəbindən xilas edilib.
Bu məlumatın yayılmasına görə nəticələri barədə xəbərdarlıq edilən tibb işçiləri və Federal Mühafizə Xidməti əməkdaşlarından başqa, vəziyyətlə FTX rəhbərliyindən üç nəfər və onların təyin etdiyi və araşdırma aparan 5 nəfərdən ibarət qrup məlumatlıdır.
Baş verənlər barədə prezident, demək olar ki, son məqamda, Patruşevin həyatını üçün təhlükə sovuşandan sonra məlumatlandırılıb.
Sui-qəsdin arxasında kimin dayanması, onun motivləri və, ümumiyyətlə, hakimiyyətin belə yüksək vəzifəli nümayəndəsinə qarşı faktiki sona yetən sui-qəsdin necə mümkün olması hələ araşdırma tələb edir.
Lakin nəsə adama elə gəlir ki, bu, elita arasında parçalanmanın başlancığıdır.
Baş verənlərin məlum olan detallarını nəzərə alaraq, inamla demək olar ki, bu, səhnələşdirilməyib.
Zamanla bu sui-qəsd barədə maraqlı təfsilatları olan geniş məlumat verəcəyik", - post müəllifi yazıb.
Son zamanlar bəzi ekspertlər Nikolay Patruşevi Rusiya dövlət başçısının sağlamlıq vəziyyətində problemlərin baş verəcəyi tədqirdə Vladimir Putinin mümkün varisi adlandırır.moderator.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































