“Niyə bu insanlar Yazıçılar Birliyinə sədr seçkisi zamanı etirazlarını bildirmirlər? Yazıçıların son qurultayında səsvermə zamanı bir nəfərin belə, yazıçı Anarın sədr seçilməsinin əleyhinə səs verdiyini görmədim. Demokratiya budur. Əgər, başqa ölkələrdə bizim gənc yazıçıların qocaman yazıçıların ünvanına söylədikləri ifadələrdən birini işlədərlərsə, onu həmin dəqiqə qandallayıb apararlar. Bizdə qanunların fəaliyyəti olmadığı üçün onların işləməsinə də əhəmiyyət vermirik. Belə situasiyalarda “it hürər, karvan keçər”deyirik”.
Mediainfo.az xəbər verir ki, bu sözləri şair, kinodramaturq, Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu gənc yazarların qocaman yazıçıları, o cümlədən Xalq yazıçısı Anarı tez-tez tənqid etməsi barədə sualı cavablandırarkən Yenisabah.az-a deyib.
Qeyd edib ki, şəxsiyyəti alçaltmaq istisna olmaqla, hər kəs fikir bildirməkdə sərbəstdir:
“Mən öz fikrini deyən insanları qınamıram. Bu, onların baxış bucağıdır. Amma şərəf və ləyaqəti alçaltmaq, şəxsi keyfiyyətlərini müzakirəyə çıxartmaq, nəinki insanlıq qanunlarına hayqırıdır, bunun qanuni məsuliyyəti də var. Gəncləri də qınamaq olmaz. Bütün peşələrdə, xüsusən də, sənət aləmində gənclərin daxilində həmişə üsyankar ruh olur. Məsələn, bəstəkar Cim Preyz (Jim Price) 20 yaşına qədər “ancaq mən!”, 20 yaşdan sonra “mən və Motsart!”, 40-dan sonra “yalnız Motsart” deyib.
Biz də cavan vaxtımızda o qədər böyük yazıçıları danırdıq... Amma heç vaxt heç kəsi təhqir eləmirdik”.
Baba Vəziroğlu gənc yazarların AYB sədri Anar barədə fasiləli, amma mütəmadi tənqidlərinə belə reaksiya verib:
“Dünyada qayınana-gəlin kimi, əbədi mövzular var. Bu mövzular nəsillərin mücadiləsidir. Bu da həmişə olub və olacaq. Burada böyük problem yoxdur. Əgər gənclərin Anara olan münasibəti sırf vətəndaşlıq və sənət prizmasındandırsa, normal qarşılana bilər. Kimsə düşünə bilər ki, Anar qazi, şəhid və başqa məsələlərdə vətəndaşlıq mövqeyində kamil deyil. Amma həqiqətin içinə varanda biz Anar müəllimin böyük xidmətləri olduğunu görürük. Bunu onlar bilməyə bilər. İctimaiyyət isə bilir. 30 ildən artıqdır ki, yüzlərlə qurultay nümayəndəsi yazıçı Anarı sədr seçir. Seçki çoxluğun qalibiyyətidir. Azlıqda qalan isə həmişə narazıdır. Bu normaldır. Hər kəs fikrini deməkdə azaddır".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































