Ermənistanla sərhədin açılması: “Bu, Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər”

Ermənistanla sərhədin açılması: “Bu, Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər”

“Düşünürəm ki, qardaş Türkiyə bu məsələdə Azərbaycanın razılığı olmadan heç bir addım atmayacaq”.

Mediainfo.az xəbər verir ki, bunu siyasi şərhçi Natiq Miri Yenisabah.az-a açıqlamasında deyib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması yönündə gündəmdə olan bir sıra hadisələrə rəy bildirib.

Qeyd edək ki, İsrail şirkətinin iki ölkə sərhədini minalardan təmizlənməsi prosesi başlayıb. Doğukapı və Alican sərhəd-keçid məntəqələrinin açılması gözlənilir.

Bundan əlavə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib: “Rəsmi Moskva Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını daim dəstəkləyir”.

Bəs Azərbaycan üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması hansı əhəmiyyəti daşıyır?

“Bu, iki dövlət arasında diplomatik münasibətlərin qurulması, yaxın qonşuluq siyasətinin davam etdirilməsi və dövlət səviyyəsində qəbul olunması anlamına gəlir, – deyə Natiq Miri mövzuya şərhində bildirib. – Azərbaycan-Ermənistan münasibətləri düzəlmədən, Ermənistan üçtərəfli sazişi imzalamadan və sazişin müddəaların yerinə yetirmədən Türkiyə-Ermənistan münasibətlərin normal müstəviyə keçməsi mümkün deyil. Çünki Türkiyə-Ermənistan münasibətləri məhz Qarabağ problemi ilə bağlı bu həddə gəlib və bu gün onun düzəlməsi üçün səbəblər aradan qaldırılmalıdır”.

Siyasi şərhçi bildirib ki, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə maneə olan səbəblərin bir qismini Azərbaycan ordusu aradan qaldırıb:

“Amma Qarabağda qanunsuz erməni silahlıları qalır və Ermənistan hələ də sülh müqaviləsini imzalamayıb. Sərhədlər hələ də müəyyənləşməyib, delimitasiya və demarkasiya məsələsi öz həllini tapmayıb. Kommunikasiyaların açılması məsələsində ciddi problemlər var. Ermənistan bu prosesi sabotaj edir.

Üstəlik münasibətlərin nizamlanması üçün Türkiyənin Ermənistandan bir sıra tələbləri var. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və ərazi iddiaları var.

Bundan əlavə, Ermənistanın qlobal səviyyədə tanıtmağa çalışdığı qondarma erməni soyqırımı problemi var.

Belə problemli məsələlər mövcud ikən sərhədlərin açılması real görünmür. Hələ ki yalnız və yalnız üçüncü ölkə vətəndaşları Türkiyə, yaxud Ermənistandan istifadə etməklə keçidi təmin etmək və hava nəqliyyatı ilə yüklərin daşınması barədə razılıq var.

Əgər Ermənistan 10 noyabr bəyanatının müddəalarını yerinə yetirərsə, ərazi iddialarından vaz keçərsə, sərhədlərin açılmasından söhbət gedə bilər.

Türkiyə-Ermənistan sərhədində minaların təmizlənməsi hələ heç nəyi ifadə etmir. Düşünürəm ki, qardaş Türkiyə bu məsələdə Azərbaycanın razılığı olmadan heç bir addım atmayacaq. Buna əmin olun.

Əgər əksini edərsə, bu, Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az