"Azərbaycanda artıq "HIMARS"-ın analoqları var. Bunlar "LORA" da daxil olmaqla İsrailin -operativ taktiki raket sistemləridir(OTRS). Onlar hətta "HIMARS"-dan da üstündürlər".
Mediainfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenhauer xarici media müxbirinin "ABŞ Ukraynadakı savaşda Rusiyanın zərərinə dönüşə səbəb olmuş "HİMARS" sistemlərini Cənubi Qafqaz ölkələrinə də sata bilərmi" sualını cavablandırarkən bildirib.
"..."LORA"lar 400 kilometrə qədər uçuş məsafəsinə və yüksək dəqiqliyə malikdir. Ötən Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu həmin sistemlərdən Ermənistan ərazisində bundan əvvəl Gəncənin bombalandığı "Skad B" tipli "R17" operativ raketlərinin batareyasını məhv etmək üçün istifadə edib. Eləcə də Kəlbəcərdəki strateji körpünü zədələyiblər. "LORA"ların başqa nailiyyətlər də olub. Ukraynada hələ ki, bu mənzilli raketlər yoxdur, lakin "HIMARS" sistemində onlar da nəzərdə tutulublar." -deyə ekspert açıqlamasının davamında söyləyib.
"Bundan başqa, həm Azərbaycan, həm də Ermənistan “Qrad” və “Smerç”lə silahlanıb. Amma, yəqin ki, onlar hələ də sovet istehsalıdır. "Smerç"lərin son modifikasiyaları daha dəqiqdir. Lakin çox güman ki, onları çox almayıblar", - Felqenhauer belə hesab edir.
Onun fikrincə, "HİMARS"-ın münaqişə tərəflərinə çatdırılması, çətin ki, mümkün olsun.
"ABŞ və ya İsrail Ermənistanı təmin etməyəcək. Çünki Ermənistanın İranla əlaqələri var. Azərbaycanda isə artıq belə sistemlər var və onlardan səmərəli istifadə edilib", - deyə hərbi ekspert bir daha vurğulayıb.
Felqenhauer əlavə edib ki, İranda da YARS var, baxmayaraq ki, bəlkə də o qədər də yüksək dəqiq deyil.
“Bəs İran kiməsə belə silah vermək istəyərmi?”- deyə ekspert buna şübhə ilə yanaşır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































