Çinin Fransadakı səfiri Lu Şae yerli nəşrlərdən birinə verdiyi açıqlamada ölkəsinin Tayvan adasını hərbi yolla geri qaytarmağa hazır olduğunu bildirib. Böyük ehtimalla səfir Pekinin təlimatıyla yerli nəşrlərdən birinə belə bir açıqlama verib. Pekin səfirlərinin diliylə bu cür açıqlamalar vasitəsilə ABŞ və Avropanı Tayvanla bağlı qərarını həyata keçirməyə başlayacağına hazırlamaq istəyir
Mediainfo.az.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.
Təhlildə deyilib ki, ABŞ hərbi təyyarələri Çin təhlükəsinə qarşı Tayvan adası ətrafında kəşfiyyat uçuşlarını davam etdirirlər:
“Son aylarda bu uçuşların sayı artıb və bu durum Pekini ciddi narahat edir. Pekin bu uçuşların bölgədə vəziyyəti gərginləşdirdiyi qənaətindədir. Çin Müdafiə Nazirliyi açıqlama yayaraq, Pentaqonu Tayvana hərbi dəstək verməkdən imtina etməyə çağırıb. Amma Vaşinqton Tayvanla bağlı siyasətini dəyişməyəcək. Prezident Co Bayden 23 mayda verdiyi açıqlamada, Tayvana hücum olacağı halda ABŞ-ın adanın müdafiəsində iştirak edəcəyini bildirib. Bu, Vaşinqtonun Pekinə ciddi xəbərdarlığı idi.
Mövcud vəziyyət Avropa İttifaqını da narahat edir. Çünki Çin Tayvana qarşı hərbi əməliyyata başlasa, Avropa İttifaqı Rusiyanın timsalında olduğu kimi, Çinə qarşı da sərt sanksiyalar qəbul etmək məcburiyyətində qalacaq.
Aparılan sorğular göstərir ki, Çində fəaliyyət göstərən Avropa şirkətlərinin dörddə bir hissəsi bu ölkəni tərk etmək barədə düşünür. Bu, həm Çinin Tayvana qarşı mümkün hərbi hücumu, həm də Pekinin koronavirusa qarşı mübarizə üsulları ilə əlaqəlidir. Pekin koronavirusla mübarizədə ən sərt üsullardan yararlanır. Qapanmalar Çində çalışan Avropa şirkətlərinin fəaliyyətinə mənfi təsir edib. Çindəki Avropa şirkətlərinin təxminən 20 faizi kapitallarını Cənubi Asiyanın digər ölkələrinə yönəltməyi planlaşdırır”.
Məqalədə qeyd edilib ki, Baydenin Honq Konqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə qarşı sanksiya rejimini daha bir il uzatması da diqqəti çəkib:
“Ağ Evin yaydığı bəyanatda Çinin Honq Konqun muxtariyyətini pozmağa yönəlmiş hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə kimi qiymətləndirilib. Çin parlamenti 2020-ci ilin yayında Honq Konqda milli təhlükəsizliyin təmin edilməsi haqda qanun qəbul edib. Pekin bu qanunun terrorizm, separatizm, dövlət hakimiyyətinə zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıdığını bildirsə də, Ağ Ev bunu Honq Konqun muxtariyyətinin pozulması kimi qəbul edir”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































