İstanbulda keçirilən görüşdə Qara dəniz vasitəsilə taxıl tədarükü üçün təhlükəsizlik dəhlizlərinin yaradılması ilə bağlı razılıqların əldə olunması Ukrayna böhranının həllinə kömək edə bilər.
Mediainfo.az xəbər verir ki, bunu türk siyasi ekspert Muhittin Ataman deyib.
Onun sözlərinə görə, görüş uğurlu olarsa, bu, Ukrayna böhranının həllinə töhfə verə, heç olmasa, onun kəskinləşməsinin qarşısını ala bilər.
Ekspertin fikrincə, Türkiyənin iştirakı ilə İstanbul görüşündən əvvəl tərəflər arasında aparılan danışıqlar bu prosesin uğurla keçirilməsi üçün ilkin şərtlər yaradıb:
“Ukraynadan taxıl ixracı ilə bağlı problemin həlli təkcə Türkiyənin qələbəsi olmayacaq, bu, Ukrayna böhranının həllinin axtarışı və qarşıdurmanın məhdudlaşdırılması yolunda beynəlxalq ictimaiyyətin qələbəsi olacaq”.
Təhlükəsizlik üzrə ekspert Çətin Çətinər isə hesab edir ki, Ukrayna və gələcəkdə Rusiya taxılının Qara dəniz vasitəsilə ixracı ilə bağlı problemin həlli Moskva və Kiyev arasında yaxınlaşma ilə yanaşı, Yaxın Şərq və Afrikada ərzaq böhranının qarşısını almağa kömək edəcək:
“Müxtəlif mənbələrə görə, hazırda Ukrayna limanlarında təxminən 21 milyon tona yaxın taxıl var. Bu gün buna hər kəsdən çox Yaxın Şərq və Afrika ölkələrinin ehtiyacı var, ona görə də İstanbulda keçirilən görüşün uğuru onlara ərzaq böhranının qarşısını almağa kömək edəcək.
Taxıl dəhlizinin yaradılmasından təkcə Ukrayna deyil, dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Rusiya da qazanacaq. İstanbulda razılaşma əldə edildikdən sonra Rusiyaya qoyulan embarqoların yumşaldılmasını gözləmək olar. Düşünürəm ki, bu məsələlər BMT ilə müzakirə olunur”.
Ukrayna taxılının dəniz yolu ilə ixracı məsələsi ilə bağlı Ankara, Moskva, Kiyev və BMT nümayəndələrinin çərşənbə günü İstanbulda görüşü keçiriləcək.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































