Atəşlərin hazırkı intensivliyini nəzərə alaraq, deyə bilərəm ki, Rusiyada ilin sonuna qədər istifadəyə yararlı sovet tipli raketlər qalıb.
Mediainfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Koçetkov deyib.
“Təxmini hesablamalar var ki, onlarda sovet dövründən sonra qalan 2-4 minə yaxın köhnə raket var, hətta 5 min. Amma bəllidir ki, bu raketlərin heç də hamısı, hətta modernizasiyadan sonra da istifadəyə yararlı deyil”, - ekspert bildirib.
Koçetkov hesab edir ki, indiki atəş intensivliyi qorunub saxlanılarsa, Rusiya ordusu ilin sonuna qədər istifadəyə yararlı sovet tipli raketlərini tükədəcək:
“Yəni bütün şəhərlər təhlükə altında olacaq. Hərbi əməliyyatlar bu il başa çatarsa, sonadək raket təhdidləri qalacaq”.
Onun sözlərinə görə, ruslar hər həftə bir neçə “İsgəndər” tipli raket istehsal edə bilərlər, amma bunların konveyeri komponentlərin, xüsusən də Rusiyanın özünün istehsal etmədiyi elektron elementlərin çatışmazlığı səbəbindən həmişə işləmir.
O qeyd edib ki, birbaşa buraxılış qurğularının məhv edilməsi Ukraynaya zərbələrin intensivliyini azaltmağa kömək edəcək.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































