Noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2023-cü ildə Hindistan dünyanın əhalisi ən çox olan ölkəsinə çevriləcək.
Mediainfo.az xəbər verir ki, bu proqnoz Birləşmiş Millətlər Təşkilatının noyabrın 11-də – Ümumdünya Əhali Günündə dərc etdiyi “World Population Prospects 2022” məruzəsində yer alıb.
Məruzəni şərh edən BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, ömür uzunluğu, uşaq və ana ölümlərinin azalması səhiyyə sahəsində nailiyyətlərə gətirib çıxarıb.
Məruzədə qeyd olunur ki, hazırda 1950-ci illərdən bəri dünyada doğumun ən az artımı müşahidə edilir. Son onilliklərdə bir çox ölkələrdə doğum əhəmiyyətli dərəcədə azalıb. Təşkilatın son proqnozlarına əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard təşkil edəcək, bundan sonra 10,4 milyarda çatacaq və 2100-cü ilə qədər bu həddə qalacaq.
BMT hesab edir ki, əhalinin proqnozlaşdırılan artımının yarıdan çoxu səkkiz ölkədə - Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Tanzaniya və Filippində cəmlənəcək.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































