Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında YPG/PKK terror təşkilatına qarşı yeni əməliyyat açıqlamasından sonra bölgədə hərbi fəallıq artıb.
Mediainfo.az xəbər verir ki, Türkiyənin mümkün əməliyyatından təşvişə düşən terrorçular müttəfiq axtarışına çıxıblar.
ABŞ-ın YPG/PKK-nı legitimləşdirmək üçün qurduğu “Suriya Demokratik Qüvvələri”nin (SDQ) sözçüsü Aram Xena SDQ ilə Bəşər Əsəd rejimi arasında Türkiyənin mümkün əməliyyatına qarşı razılaşma əldə edildiyini açıqlayıb.
“Suriya hökuməti Ayn İsa və Ayn əl-Ərəb (Kobani) döyüş cəbhələrinə tanklar və zirehli transportyorlar göndərməyə razılaşıb. Bu qüvvələr Türkiyə ordusu və silahlı qruplaşmalara qarşı SDQ-yə dəstək verəcək”, - Xena vurğulayıb.
Hərbi anlaşmanın siyasi razılaşmaya yol açıb-açmayacağı sualına cavabında SDQ sözçüsü deyib ki, bu, Suriya ərazisinin birliyini və təhlükəsizliyini qorumaq üçün daha geniş razılaşmanın dəstəklənməsinə müsbət təsir göstərəcək.
Aram Xena ABŞ-ın terrorçulara Türkiyənin onların yerləşdikləri bölgələrə hücum etməyəcəyinə dair heç bir zəmanət vermədiyini bildirib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































