Ukrayna Xarici İşlər Nazirliyi oğurlanmış taxıl daşımaqda şübhəli bilinərək Türkiyədə saxlanılan Rusiyanın “Jibek Jolı” adlı yük gəmisinin Karasu limanını tərk etməsinə reaksiya verib.
Mediainfo.az xəbər verir ki, Kiyev bunu “qəbuledilməz” adlandırıb və Türkiyənin Ukraynadakı səfirinin XİN-ə çağırılacağını bildirib.
Nazirlik iddia edib ki, Türkiyəyə “Jibek Jolı”nın Ukraynadan oğurlanmış taxıl daşıdığına dair sübut təqdim ediblər.
“Röyter”in məlumatına görə, gəmi dünən axşam saatlarında Karasu limanından ayrılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Zaytsev bundan əvvəl bildirib ki, “Jibek Jolı” saxlanılmayıb, limandan standart prosedurdan keçir.
Ukrayna gəminin işğal altındakı Berdyansk limanından oğurlanmış taxıl daşıdığını iddia edir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































