Bu il Rusiyanın Ukraynaya hücumu ilə bağlı beynəlxalq tribunal öz işinə başlayacaq.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andrey Smirnov “Forbes” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu tribunalın yerini, hansı ölkələrin ora daxil olacağını və prosesin kimə həvalə ediləcəyini razılaşdırır: “Tribunala qoşulacaq ölkələrin sayı hələ ki məlum deyil. Avropa Parlamenti artıq xüsusi beynəlxalq tribunalın yaradılmasının zəruriliyini qəbul edib”.
A.Smirnov bildirib ki, tribunalın mandatı Rusiyanın cinayətlərini araşdırmaqdan ibarət olacaq.
Xatırladaq ki, mayın 19-da Avropa Parlamenti Rusiya və onun müttəfiqlərinin Ukraynaya qarşı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib. AŞPA da qurumun yaradılmasına dəstək verib.
Tribunal Rusiya Prezidenti Vladimir Putin və onun yaxın çevrəsini məsuliyyətə cəlb etmək məqsədi daşıyır.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































