“Artıq bir aydır ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikilir, "Azadlıq" radiosunun Ermənistan xidməti bildirib.
Mediainfo.az xəbər verir ki, iyunun 17-də Ermənistan hökuməti "Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında" protokol imzalayıb.
Yerli sakinlərin fikrincə, həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşəcək. Tikinti rəhbərləri arasında Rusiya hərbçilərinin olması bunun dolayısı ilə təsdiqidir.
Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin xarakteri, hərbçilərin sayı və obyektin təyinatı barədə məlumat vermir.
Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir.
Erməni əhali ümid edir ki, Rusiya hərbçilərinin olması onların təhlükəsizliyinə zəmanət verir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































