- Şagirdlərinə mərsiyə oxudan və bununla da İranın xüsusi xidmət orqanlarının ölkəmizə qarşı həyata keçirdiyi düşmənçilik, pozuculuq maraqlarını açıq şəkildə dəstəkləyən Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayeva barədə müvafiq qurumların, o cümlədən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ciddi ölçülər götürməməsi sonuncunun ("müəllimə"nin) əl-qolunu daha da açıb. Belə ki, müvafiq qurumların İranın maraqlarına xidmət edən müəllimənin pozuculuq fəaliyyətinə göz yumması nəticəsində o-Nailə Babayeva, bu dəfə sünni-şiə qarşıdurmasını körükləmək niyyətinə düşüb.
- Mediainfo.az Bizim. Mediaya istinadən xəbər verir ki, Nailə Babayeva növbəti dəfə “Facebook” hesabında din pərdəsi adı altında dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. O, “Azərbaycanda şiə qətliamı gözlənilir” adı altında çağırışlar edərək öz ideologiyasına uyğun kütləni əhatəsinə toplayıb.
- Məsələnin aktuallığını nəzərə alaraq Bizim.Media Təhsil Nazirliyi əlaqə yaradıb. Nazirliyin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında faktın araşdırıldığını və yaxın vaxtda açıqlama verəcəklərini bildirib.
- Bizim. Mediai Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəblə də əlaqə saxlayıb. Saytın zənginə cavab verən xanım müəllimlərdən biri “bu barədə məlumat verə bilmərik” deyə aqressiv şəkildə danışığı yarımçıq kəsib. Saytın sonrakı zənglərinə isə cavab verilməyib.
- Xatırladaq ki, hadisə Yexlax şəhər Sahib Əliyev adına 1 saylı məktəbin riyaziyyat müəllimi Babayeva Nailə Ağaməmməd qızının dərs dediyi 6a sinifində qeydə alınıb.
- Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi məsələsi yenidən aktuallaşıb.
- Nailə Babayeva bununla bağlı izahatında bildirib ki, bu addımı dini təbliğ etmək üçün yox, şagirdlərə təhsildən əlavə maraqlı məlumatlar öyrətmək məqsədilə atıb.
- Qeyd edək ki, bununla bağlı yayılan videogörüntülərdə müəllimin hicablı olması, dini görüşlərini şagirdlər arasında təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkib.
- Yayılan görüntülərdən sonra Yevlax Təhsil Şöbəsi müəllimlə söhbət aparıb və qadın pedaqoqun izahatı alınıb. Amma Nailə Babayeva ilə bağlı hər hansı cəza tədbiri görülməyib.
- Ümid edirik ki, Daxili İşlər Nazirliyi də məsələni nəzarətə götürəcək. Həmçinin dövlət maraqlarına əks və zərərli çağırışlar edən müəllim barədə ciddi tədbir görüləcək. İndiki vəziyyətdə isə müvafiq qurumların Azərbaycanın dövlət təhlükəsizliyini təhdid edən belə təhlükəli çağırşlara göz yumması və Nailə Babayeva kimilərinin əl-qol açmasına imkan verməsini anlamaq çətindir....
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































