Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiya işğalından azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.
Mediainfo.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
Ukrayna liderinin sözlərinə görə, fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib: “Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır. Ancaq bundan başqa, digər vilayətlərdəki onlarla şəhər raket zərbələri alırlar. Yüzlərlə müəssisə məhv edilib. Onların arasında mürəkkəb, təhlükəli istehsalatlar da var. Bura kimya, metallurgiya aiddir”.
O bildirib ki, şiddətli döyüşlər bütün cəbhəboyu davam edir: “Donbasda episentr, təbii ki, Luqansk vilayətinin şəhərlərindədir. Xarkov vilayətində düşmənin aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmaq müvəffəq olub, cənubda təzyiqləri davam edirik”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































