“ABŞ Rusiyaya qarşı müharibədə Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək”.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli arasında baş tutan telefon danışığında bildirilib.
Zalujnı bildirib ki, söhbət zamanı Ukrayna Müdafiə Qüvvələrinin strateji vəzifələrinin icrası müzakirə olunub, bunlardan başlıcası Ukrayna torpaqlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilməsidir:
“Müdafiə və əks-hücum əməliyyatlarımızın uğurlu olmasının vacib şərti müvafiq maddi-texniki resursların təmin edilməsidir. Biz göstərilən köməyə görə səmimi minnətdarıq və tərəfdaşlardan gələcək yardımı səbirsizliklə gözləyirik”.
V. Zalujnı onu da qeyd edib ki, Milley ABŞ Prezidenti Cozef Bayden və müdafiə naziri Lloyd Ostinin “ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək” vədlərini çatdırıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































