Tanzaniyanın şimalında yaşayan hadza xalqının qeyri-adi həyat tərzi alimləri oturuş ilə bağlı hipotezaya sövq edib: oturmaq faydalıdır, əsas odur ki, bunu düzgün edəsən.
Mediainfo.az xəbər verir ki, araşdırmanı ABŞ-ın Kaliforniya Universitetinin alimləri aparıb.
Tədqiqatçılar hadza xalqının nümayəndələrinin əsasən müasir ovçu və toplayıcıdan ibarət olduğunu və bu səbəbdən gündəlik ortalama 9,9 saat oturduqlarını aşkarlayıblar. Müqayisə üçün amerikalı gündəlik ortalama 6,4, yeniyetmələr isə 8,2 saatadək oturur.
Çağdaş toplumda oturaq həyat tərzi ürək-damar xəstəliyi riskinin başlıca faktorlarından biri sayılır. Ancaq bununla belə, hadza xalqı bundan heç cür təsirlənməyib: az hərəkətli insanlara xas olan qanda xolesterin və ya triqliserid səviyyəsi kimi biogöstəricilər onlarda normada qalıb.
Araşdırmaçılar hadzaların "aktiv" oturduqlarına diqqət yetiriblər: onlar ya çömələrək, ya dizüstə, ya da yarımçıq uzanaraq otururlar. Tədqiqatçıların sözlərinə görə, bu, əzələ və bağlar üçün gərəkli yüklənməni təmin edir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)










.jpg)
















.jpg)















