Türkmənistanda qadınların xarici görünüşü ilə bağlı yeni tələblərlə əlaqədar sakinlər hüquq mühafizə orqanları əməkdaşları tərəfindən sorğu-sual olunur və cərimələnir.
Bu barədə "Azadlıq" radiosunun Türkmənistan xidməti məlumat yayıb.
İnformasiyaya görə, Türkmənistanın dövlət qurumlarında çalışan qadın əməkdaşların aprel ayından etibarən həddən çox makiyajdan istifadə etməsi və saçlarına boya qoyması qadağan edilib.
Qadınların eyni zamanda dabana qədər uzanan yubka geyinməsi tələb olunur. Geyim heç bir halda bədənə dar olmamalıdır.
Aşqabad sakinlərindən biri bazarda polis əməkdaşının onu sorğu-suala tutması barədə "Azadlıq" radiosunun müxbirinə məlumat verib.
Onun sözlərinə görə, polis onun nə üçün saçlarına və qaşlarına boya qoyduğunu soruşaraq, onu yerli polis məntəqəsinə aparıb.
Polis əməkdaşı eyni zamanda qadını geyiminin çox dar olduğuna görə tənbeh edib.
"Sən dövlətin siyasətinə qarşı çıxırsan? Saçlara, qaşlara, dırmaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?", - deyə polis əməkdaşı gileylənib.
Şikayətçinin sözlərinə görə, polis əməkdaşı yalnız 150 manat cərimə pulu aldıqdan sonra onu sərbəst buraxıb. Ancaq cərimə haqqında heç bir qəbz verilməyib.(oxu.az)
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
































.jpg)















