"Titanik" gəmisinin göyərtəsində verilən ilk naharın menyusu ötən gün Britaniyada keçirilən hərracda 140 min dollara satılıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hərrac Uiltşir qraflığının Devitses şəhərciyində "Henri Oldric end san" hərrac evi tərəfindən təşkil olunub.
Satılan menyuda 2 aprel 1912-ci il tarixində texniki heyətə verilən yeməklərin siyahısı yazılıb.
Orada mal əti bulyonu və toyuq supu, qızardılmış toyuq, əsas yemək qismində quzu əti və ya ispanaqlı donuz əti, noxud, gül kələmi və qarnir kimi qaynadılmış kartof, pudinq, kral armudu və piroq, həmçinin kofe var.
Qəzadan sağ çıxmış zabit meyunu gəmi yola düşməmişdən əvvəl həyat yoldaşına verib.
Menyu britaniyalı kolleksiyaçı tərəfindən alınıb. Adı açıqlanmır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)










.jpg)
















.jpg)













