Sənədli film prodüseri Cem Sertesen Nuhun gəmisinin qalıqlarının Ağrının Doğubayazıt rayonunda olduğunu iddia edib.
Prodüserin sözlərinə əsasən, həftələrlə davam edən çalışmalardan sonra yeraltı radar görüntülərində gəminin gövdəsi görünüb.
Cem deyib:
"Bəşəriyyət tarixinin ən böyük əfsanəsi olan Nuhun Gəmisi ilə yalnız biz yox, dünyanın bütün alimləri maraqlanır. Avropalı, amerikalı, asiyalı, hər kəs Nuhun Gəmisinin Türkiyənin şərqində olduğunu qəbul edir. Bu məkan isə Ağrının Doğubayazıt rayonudur".
Prodüser bildirib ki, Nuhun Gəmisi ilə bağlı 23 illik tədqiqatın nəticələrinə əsasən sənədli film çəkib. Sertesen qeyd edib ki, 1995-ci ildə gəminin qalıqlarını gördükdən sonra sənədli film lentə almaq qərarına gəlib:
"Gəmini İlhan Durupınar kəşf etdi. Ara Güler ilk fotolarını çəkdi və Salih Bayraktutan elmi araşdırmaya başladı. Həftələrlə davam edən çalışmalardan sonra yeraltı radar görüntülərində gəminin gövdəsi göründü. Məsələ ilə bağlı hesabat dövrün baş nazirliyinə təqdim edildi".(olke.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)










.jpg)
















.jpg)













