Fransanın cənubunda 53 yaşlı kişi 18 saatlıq ürək dayanmasından sonra həyata qayıtdı.
Həkimlər bu qeyri-adi olayı hipotermiya vəziyyəti ilə, yəni bədən istiliyinin maksimum azalması ilə izah edirlər.
3 həftə öncə həmin adam qardaşını ziyarətə gedib, amma onun evinə çata bilməyib. Ailəsi itkin düşmüş şəxsin tapılması üçün axtarışa başlayıb və onu Orb çayının sahilində huşsuz vəziyyətdə tapıblar. Həmin vaxt kişinin ürəyi döyünməyib, bədəninin temperaturu isə 22 dərəcəyə qədər enib. Xəstəyə birbaşa ürək masajı edildikdən sonra o, Monpelye şəhərindəki bir xəstəxanaya yerləşdirilib. 53 yaşlı kişinin ürək döyüntüsü 18 saatdan sonra bərpa edilib və o, həyata qayıdıb.
Həkimlərin sözlərinə görə, xəstə istisnasız hipotermiya sayəsində xilas olub. "Hipotermiya bədənin işini yavaşladır və bu da xəstəliyin nəticələrini maneə törədir. Bu, bir növ bədənin dondurulmasına bənzəyir", - deyə təcili yardım əməkdaşları izah edib.
Qeyd edildiyi kimi, bu, dünya tibb praktikasında həqiqətən unikal bir haldır.(moderator.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











